• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil proqramı üzrə yeni tədris ilinə qəbulun nəticələrinin ilkin siyahısı dərc olunub

Xaricdə təhsil proqramı üzrə yeni tədris ilinə qəbulun nəticələrinin ilkin siyahısı dərc olunub
29.07.2025 10:10

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na (bundan sonra – Dövlət Proqramı) bakalavriat və doktorantura səviyyələri üzrə qəbul nəticələri müəyyən olunub.

Bu barədə  Elm və Təhsil Nazirliyi yanında Dövlət Proqramı İdarəetmə Qrupundan məlumat verilib.

Bildirilib ki, müsabiqənin nəticələrinə əsasən 125 nəfər namizəd bakalavriat səviyyəsi üzrə, 19 nəfər namizəd isə doktorantura səviyyəsi üzrə olmaqla, müvafiq Seçim Qaydalarına aid meyarlara uyğun olaraq ümumilikdə 144 nəfər Dövlət Proqramına qəbul olmuş və proqram iştirakçısı adını qazanıb.

Dövlət Proqramı iştirakçıları dünyanın 33 nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar ki, bu ali təhsil müəssisələri sırasında "Stanford University", "University of California, Berkeley", "National University of Singapore", "ETH Zurich", "University of Cambridge", "University of Oxford", University of Hong Kong", "Istanbul Technical University", "Seoul National University" kimi nüfuzlu ali təhsil müəssisələri də yer alır.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə əldə etmiş, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı da vardır ki, 2025/2026-cı tədris ili üzrə proqram iştirakçısı seçilmiş namizədlərdən proqramdan bu və ya digər səbəbdən imtina etdiyi təqdirdə Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutularaq sözügedən siyahıya istinad olunaraq növbəti Dövlət Proqramı iştirakçısının seçilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Dövlət Proqramı çərçivəsində magistratura səviyyəsi üzrə ilkin mərhələdə sənədlərini düzgün şəkildə təqdim edən namizədlərlə növbəti mərhələ olaraq müsahibələr keçirilməkdədir. Müvafiq təhsil səviyyəsi üzrə nəticələrin açıqlanması növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol