• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan diaspor rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib

Azərbaycan diaspor rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib
30.07.2025 12:49

Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində cinayət işi ilə əlaqədar axtarış elan edilib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Şıxlinski Rusiya Cinayət Məcəlləsinin maddələrinə əsasən axtarılır. Ətraflı ittiham detalları açıqlanmayıb.

Bundan öncə Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi bildirmişdi ki, 2001, 2010 və 2011-ci illərdə baş vermiş bir sıra qətllərlə əlaqəli etnik qruplaşmanın fəaliyyəti Yekaterinburqda dayandırılıb. İstintaq çərçivəsində təqsirləndirilən şəxslərdən biri ürək çatışmazlığından vəfat edib, digərinin ölüm səbəbi araşdırılır.

Azərbaycan Baş prokurorluğu Azərbaycan əsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalması və qəsdən öldürülməsi faktı üzrə cinayət işi açıb. 

Açıqlamada qeyd olunur ki, Cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə açılıb və istintaq qrupu yaradılıb. Beynəlxalq hüquq çərçivəsində müvafiq dövlətlərə hüquqi yardım sorğuları göndərilərək, məsul şəxslərin müəyyən olunub cəzalandırılması üçün əməkdaşlıq təmin ediləcək.

Gülnar 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol