• $
  • €
  • ₽
  • ₺
  • £

bp Azərbaycanda bərpa olunan enerji sahəsində peşə bacarıqlarının inkişafına yönəli layihəni tamamlayıb

bp Azərbaycanda bərpa olunan enerji sahəsində peşə bacarıqlarının inkişafına yönəli layihəni tamamlayıb
30.07.2025 16:20

 bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları Azərbaycanda bərpa olunan enerji sahəsində bacarıqların inkişafına yönəlmiş peşə təhsili layihəsini uğurla başa çatdırıblar.

Layihə çərçivəsində Bakı Dövlət Peşə Təhsil Mərkəzlərində iki müasir emalatxana yaradılıb və iqlim dəyişikliyi üzrə təlim modulu peşə təhsil proqramına daxil edilib.

Emalatxanalar günəş və külək enerjisi avadanlıqları ilə təchiz olunaraq tələbələrə real sənaye bacarıqları qazanmağa imkan verir.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu təşəbbüs enerji keçidi üçün ixtisaslı yerli kadrların hazırlanmasına, həmçinin gənclər arasında ekoloji məsuliyyətin artmasına xidmət edir.

Layihə 2024-cü ilin mayında başlayıb və 2025-ci ilin iyulunda tamamlanıb. Onun ümumi dəyəri 322 min manat (təxminən 189,400 ABŞ dolları) təşkil edib və “World Skills Azerbaijan” İctimai Birliyi tərəfindən icra olunub.

bp 33 ildir Azərbaycanda fəaliyyət göstərir və indiyədək tərəfdaşları ilə birlikdə ölkəyə 87 milyard dollardan çox sərmayə yatırıb.

Şirkətin sosial sərmayə proqramlarına 111 milyon dollardan artıq vəsait ayrılıb.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol