• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda ildə cəmi 7 nəfər ipoteka kreditindən yararlana bilir

Naxçıvanda ildə cəmi 7 nəfər ipoteka kreditindən yararlana bilir
30.07.2025 17:38

Naxçıvanda ildə cəmi 7 nəfər ipoteka kreditindən yararlana bilir. Bunu Hesablama Palatasının "Naxçıvan İpoteka Fondu"nda apardığı auditin nəticələri ortaya çıxarıb.

Aparılan audit əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının məhdud olduğunu üzə çıxarıb.

Məlumata əsasən, güzəştli ipoteka kreditləri dövlət büdcəsi hesabına maliyyələşdirilsə də, adi ipoteka kreditləri (8%-lə) yalnız Fondun yığılmış daxili vəsaiti hesabına verilir. Bu mənbənin illik həcmi isə orta hesabla cəmi 1 milyon manat təşkil edir ki, bu da ildə təxminən 7 nəfərin ipoteka kreditindən yararlanmasına imkan verir.

Hesabatda vurğulanır ki, bu rəqəm əhalinin mənzilə olan yüksək tələbatı fonunda çox aşağı göstəricidir və ipotekaya çıxış imkanlarının məhdudluğunu əyani şəkildə göstərir.

Bundan əlavə, ipoteka kreditlərinin əldə edilməsi üçün elektron müraciət sisteminin olmaması, vətəndaşların həm Fond, həm də müvəkkil banklara dəfələrlə müraciət etməsinə və prosesin uzanmasına səbəb olur. İllik müraciətlərin sayı 450-dən çox olsa da, yalnız az bir qismi təmin olunur.

Hesablama Palatası bu vəziyyəti əhalinin mənzil təminatında ciddi məhdudiyyət və şəffaflıq problemi kimi qiymətləndirib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol