• $
  • €
  • ₽
  • ₺
  • £

53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb

53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
01.08.2025 13:13

2024-cü ilin aprelindən  2025-ci ilin aprelinə qədər 53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi, həmçinin kvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələri tərəfimizdən aşkar olunub.

Bu barədəTəhsildə Keyfiyyət Təminatı Agentliyindən xəbər verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın (bundan sonra Qaydalar) 4.1.2-ci bəndində müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması tələbi qeyd olunur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına və Qaydalara əsaslanaraq, inzibati icraatın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədi ilə ərizəçilərin təqdim etdikləri rəsmi sənədlərin agentikliyini (həqiqiliyini) müəyyən etmək üçün kvalifikasiyaların aid olduğu xarici ölkələrin ali təhsil müəssisələrinə müvafiq sorğular göndərilir. Sorğulara daxil olmuş cavab məktublarında, xarici ölkələrin təhsil müəssisələrindən əldə olunmuş sənədlərin autentik olmadığı müəyyən edildiyi təqdirdə kvalifikasiyaların tanınmasından imtina olunur.

Agentliyin Nizamnaməsinə əsasən öz fəaliyyəti ilə əlaqədar sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək qurumun vəzifələri arasında təsbit olunduğundan, aşkarlanmış saxta diplomlar, eləcə də şəhadətnamələrlə bağlı məlumatlar mütəmadi olaraq ümumiləşdirilərək qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol