• $
  • €
  • ₽
  • ₺
  • £

DİN və FHN əhaliyə çağırış edib - Video

DİN və FHN əhaliyə çağırış edib - Video
05.08.2025 19:00

Ölkə ərazisində, o cümlədən işğaldan azad olunan ərazilərdə ekoloji təhlükəsizliyin qorunması fonunda Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi və profilaktikası sahəsində fasiləsiz xidmət aparılır.Bu barədə DİN və FHN-nin birgə çağırışında bildirilib.

“Yay mövsümündə havaların isti və quraq keçməsi meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığını nəzərə alaraq hər kəsi təbiətə səfərlər zamanı müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq.

Təəssüf ki, aparılan təhlillərin nəticəsində məlum olur ki, meşə massivlərində qeydə alınan yanğınların mütləq əksəriyyəti insan səhlənkarlığı ucbatından baş verir. Tam söndürülməmiş tütün məmulatının təbiətə atılması, yandırılan kol-kos, eləcə də odla ehtiyatsız davranış yanğınlara və yaşıllıqların məhvinə gətirib çıxara bilər.

Gəlin təbiət qoynunda keçirəcəyimiz istirahətimizi hamılıqla elə təşkil edək ki, özümüzdən sonra ətraf-mühitə bərpası illər tələb edən sağalmaz yaralar vurmayaq, yanğın təhlükəsizliyi qaydalarına əməl edək. 

Unutmayaq ki, ekoloji təhlükəsizliyi və meşə massivlərini qorumaq bizim vətəndaş kimi başlıca öhdəliklərimizdən biridir”  - məlumatda qeyd olunub.

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol