• $
  • €
  • ₽
  • ₺
  • £

Şəmkirdə mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb

Şəmkirdə mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb
07.08.2025 09:19

Şəmkirdə “Mercedes” markalı mikroavtobusun yük maşınının qoşqusuna çırpılması nəticəsində azı 7 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb, bu barədə yerli media bildirib.

Qəza Bakı-Qazax magistral yolunun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, mikroavtobus Ağstafa istiqamətində hərəkətdə olarkən “KAMAZ” markalı yük maşınının qoşqusuna arxadan çırpılıb.

Nəticədə, sürücü – 1966-cı il təvəllüdlü Arif Bağırov və onunla birlikdə avtomobildə olan 6 sərnişin hadisə yerində ölüb. Daha 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilib: Bayramov Şadət (1992), Bəsti Nəbiyeva (1975), Aydın Pənahov (1977, Bakı sakini), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və mikroavtobusun sürücüsü Arif Bağırov (1966).

Xəsarət alanlar arasında Şahniyar Pənahova (1975), Kamran Məmmədov (1969), Nərmin Əliyeva (2004), Məcid Qəribov (1995) və Bəkinaz Gözəlova (1970) var.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Gülnar 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol