• $
  • €
  • ₽
  • ₺
  • £

"Saç yeyən uşaq" əməliyyat olunub

"Saç yeyən uşaq" əməliyyat olunub
07.08.2025 10:12

30 iyul 2025-ci il tarixində Qax rayon sakini, 2016-cı il təvəllüdlü 9 yaşlı qız Kliniki Tibbi Mərkəzə qarın ağrısı, ürəkbulanma və iştahsızlıq şikayətləri ilə yerləşdirilib. Radioloji müayinələr nəticəsində uşağa tirixofagiya – mədədə saç kütləsi (bezoar) diaqnozu qoyulub. Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Pasiyent Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib və şöbə müdiri İlqar Haqverdiyev ilə cərrah Binnət Sofiyevin iştirakı ilə qastrotomiya əməliyyatı aparılıb. Əməliyyat zamanı mədədən saç kütləsi uğurla xaric edilib.

Hazırda uşağın vəziyyəti stabil olaraq qiymətləndirilir, müalicəsi xəstəxanada davam etdirilir.

Mütəxəssislərin bildirdiyinə görə, tirixofagiya adətən psixoloji pozuntu nəticəsində yaranır və bu zaman uşaq öz saçlarını və ya ətrafda olan tükləri yeyir. Uzun müddət ərzində bu vərdiş mədədə böyük həcmli tük kütləsinin yığılmasına səbəb olur və nəticədə həzm pozuntuları, qarında şişkinlik, iştahsızlıq və qusma kimi əlamətlər müşahidə edilir.

Gülnar 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol