• $
  • €
  • ₽
  • ₺
  • £

BP: AÇG yataqları üzrə ilin ilk yarısında xərclər 817 milyon dollar təşkil edib

BP: AÇG yataqları üzrə ilin ilk yarısında xərclər 817 milyon dollar təşkil edib
07.08.2025 13:13

Bu ilin yanvar–iyun aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları üzrə ümumilikdə 817 milyon ABŞ dolları həcmində xərclər çəkilib. Bu barədə “BP-Azerbaijan” şirkəti operator qismində məlumat yayıb.

Altı ayda AÇG üzrə təqribən 259 milyon dollar əməliyyat və 558 milyon dollar əsaslı xərclərə yönəldilib. Əməliyyat xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% (16 milyon dollar) artıb, əsaslı xərclər isə 20% (140 milyon dollar) azalıb.

AÇG Azərbaycanın ən iri neft yatağı blokudur. Yataqların işlənməsi üzrə ilk hasilat bölgüsü sazişi 1994-cü ilin sentyabrında, yeni saziş isə 2017-ci ilin sentyabrında imzalanıb. Yeni sazişə əsasən, AÇG-nin istismarı 2049-cu ilin sonunadək davam edəcək.

Hazırda AÇG layihəsində pay bölgüsü aşağıdakı kimidir: SOCAR – 31,65%, BP – 30,37%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73%, ITOCHU – 3,65% və ONGC Videsh Limited (OVL) – 2,92%.

Aytac 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol