• $
  • €
  • ₽
  • ₺
  • £

Binə qəsəbəsində tullantı sularının idarə edilməsində qanunsuzluq aşkarlanıb

Binə qəsəbəsində tullantı sularının idarə edilməsində qanunsuzluq aşkarlanıb
07.08.2025 19:30

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) keçirdiyi nəzarət tədbirləri nəticəsində “ARKA” MMC Kağız və Kardon fabrikinin fəaliyyətində pozuntular aşkar olunub.Bu barədə SİMDNX-dən bildirilib.

Tədbirlər zamanı müəyyən olunub ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən adıçəkilən fabrik tərəfindən fəaliyyəti zamanı formalaşan istehsalat tullantı suları qanunvericiliyin tələblərinə uyğun idarə olunmur.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib olunub, digər toplanmış materiallarla birlikdə Xəzər rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarına əsasən, “ARKA” MMC təqsirli bilinərək barəsində 10 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.

ADSEA bir daha bütün hüquqi və fiziki şəxsləri su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırır.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol