• $
  • €
  • ₽
  • ₺
  • £

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi 10 avqustda keçiriləcək

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi 10 avqustda keçiriləcək
08.08.2025 10:16

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi 10 avqust 2025-ci il tarixində Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

İmtahan saat 10:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. İştirakçılar üçün buraxılış rejimi saat 09:45-də başa çatır. Gecikənlər imtahan binasına buraxılmayacaq.

İmtahan Bakı şəhərində 4, Naxçıvanda isə 1 binada təşkil olunacaq. Ümumilikdə 905 namizədin iştirak edəcəyi gözlənilir. Onlardan 336-sı oğlan, 569-u isə qızdır; 739 nəfər Azərbaycan bölməsinin, 169 nəfər rus bölməsinin məzunudur. 2 nəfər isə xarici vətəndaşdır.

İmtahanın idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi və 12 mühafizə əməkdaşı cəlb olunub.

DİM-in məlumatına görə, iştirakçılardan 674 nəfər əvvəlki illərin nəticələri, 231 nəfər isə bu ilki imtahan nəticəsinə əsasən ikinci mərhələyə buraxılıb.

Namizədlər şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsi ilə gəlməlidirlər. Uyğunsuzluq və ya sənədin olmaması halında iştirak imkanı verilməyəcək.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol