• $
  • €
  • ₽
  • ₺
  • £

Mingəçevirdə doğuş zamanı körpəsini itirən ananın vəziyyəti necədir?

Mingəçevirdə doğuş zamanı körpəsini itirən ananın vəziyyəti necədir?
30.12.2013 14:57
Mingəçevirdə doğum evində yeni doğulan körpəsini itirən Esmira Ocaqverdiyevanın vəziyyəti ağır olaraq qalır. Xəstənin yaxınlarının verdikləri məlumata görə, E.Ocaqverdiyevanın müalicə etmək üçün Bakıdan həkimlər gəliblər. Xəstəni müalicə edən həkimlər E. Ocaqverdiyevanın səhhətində nisbi irəliləyiş olduğunu söyləyirlər.Xəstənin həyat yoldaşı Səhiyyə Nazirliyinin rəsmisinin kütləvi informasiya vasitlərinə Esmira Ocaqverdiyevanın doğum evinə ağır vəziyyətdə gətirilməsi ilə bağlı məlumatın yalan olduğunu deyir: "Yalan xəbərlər yayırlar. Nazirliyin qaynar xəttinə zəng edib şikayət etdik. Həyat yoldaşımı xəstəxanaya özüm aparmışam. Normal doğuş sancıları keçirirdi. Biz xəstəni ağır vəziyyətdə xəstəxanaya göndərməmişik."Qeyd edək ki, Mingəçevirdə doğum evinə gətirilən 9 aylıq hamilə qadın Esmira Ocaqverdiyeva körpəsini itirməklə yanaşı bir neçə gündür ki, koma vəziyyətindədir. 4 gündür koma vəziyyətindədir.Qadının yaxınlarının verdiyi məlumata görə, Esmira Ocaqverdiyeva, doğum sancıları ilə xəstəxanaya aparılıb. Müayinə zamanı həkimlər uşağın tələf olduğunu bildirib.Doğuşdan sonra isə kəskin qanaxma baş verib və xəstə əməliyyat edilib. Ancaq buna baxmayaraq, qadın komaya düşüb. Yaxınları E.Ocaqverdiyevanın vəziyyətinin ağırlaşmasında həkimləri günahlandırırlar.Mingəçevir mərkəzi şəhər xəstəxanasından verilən məlumata görə isə, qanaxmaya hamiləliyin son ayında qadının səhhətində yaranan problem, böyük ehtimalla yüksək təzyiq səbəb olub. Doğuşdan sonra kəskin qanaxma baş verib və bunun qarşısını almaq üçün Esmira Ocaqverdiyeva əməliyyat edilib.Qanaxmanın qarşısı alınsa da, bu dəfə qadın komaya düşüb. Həkimlər onun yaşama ehtimalının az olduğunu deyir. Xəstəxana rəhbərliyi isə xəstəyə vaxtında bütün tibbi yardım göstərildiyini və hər hansı həkim səhlənkarlığının olmadığını deyir.ANS Press
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol