Gədəbəydə ev yanıb, tüstüdən zəhərlənən var

Gədəbəydə ev yanıb, tüstüdən zəhərlənən var
"Report"un məlumatına görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.
Fərdi evdə baş vermiş yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























