• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə ilə Azərbaycanı birləşdirən dəmiryolu xəttinin təməlqoyma mərasimi keçiriləcək

Türkiyə ilə Azərbaycanı birləşdirən dəmiryolu xəttinin təməlqoyma mərasimi keçiriləcək
20.08.2025 18:49

Avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi keçiriləcək.Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.

Nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər davam edən şərq-qərb xətti daha məhsuldar şəkildə fəaliyyət göstərəcək.

Uraloğlu bu xəttin Türkiyənin logistika qabiliyyətini artıracağını və Asiyaya gedən ticarət marşrutlarında geostrateji əhəmiyyətini çoxaldacağını bildirib.

“Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti 224 kilometr uzunluğunda, qoşa xətli, elektrifikaiyalı olacaq və siqnalizasiya ilə təchiz ediləcək. Bu xətt ildə 5.5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə sahib olacaq. Layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 alt keçid, 27 üst keçid, 480 suötürücü və s. inşa ediləcək”, – Uraloğlu qeyd edib.

Onun sözlərinə görə, təməli atılacaq bu xətt Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin mühüm bir hissəsidir:

“Bu xətt sayəsində Türkiyə ilə Azərbaycan arasında fasiləsiz yeni bir dəmiryolu əlaqəsi təmin olunacaq. Eyni zamanda, Şərq və Cənub-Şərqi Anadolunun istehsal potensialı xarici bazarlara daha sürətli çatacaq, Aralıq dənizinin turizm potensialı artacaq. Bundan əlavə, bu xətt Trans-Xəzər və Şimal-Cənub dəhlizlərini gücləndirərək Avrasiyanın tədarük və logistika şəbəkələrini möhkəmləndirəcək, Türkiyəni regional əməkdaşlığın mərkəzinə çevirəcək. Orta Dəhlizin dəmiryolu və avtomobil yolu yükdaşıma qabiliyyəti artacaq”.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol