• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçı təkzib etdi: "Yalan xəbərdir" - YENİLƏNİB

İcra başçı təkzib etdi: "Yalan xəbərdir" - YENİLƏNİB
28.12.2013 15:05

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin bacısı qızının qətli ilə bağlı rəsmi açıqlama verilib. Füzuli rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yayılan xəbərlər həqiqətə uyğun deyil: "Heç bir dəqiqləşdirilmə aparılmadan yayılan iddialar tamamilə absurddur və həqiqəti əks etdirmir. Xəbərdə adı çəkilən Kazımova Aynurə Şahlar qızı Füzuli rayonunun Bala Bəhmənli kənd sakinidir. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin Kazımova Aynurə Şahlar qızı adında bacısı qızı yoxdur".

Xatırladaq ki, bu gün bəzi KİV-lərdə dekabrın 26-da Bakıda, Dərnəgül qəsəbəsindəki yataqxanada xüsusi amansızlıqla qətlə yetirilən Aynurə Kazımovanın Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin bacısı qızı olması ilə bağlı məlumat yayılıb. ANN.Az

***

14:17

1986-cı il təvəllüdlü Aynurə Kazımova Füzuli rayonunun icra başçısı vəzifəsində çalışan Alı Alıyevin bacısı qızıdır

Dekabrın 26-da xüsusi amansızlıqla qətlə yetirilən 27 yaşlı qadın icra başçısının bacısı qızı imiş. ANS PRESS-in məlumatına görə, bu barədə interpress.az saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Dərnəgül qəsəbəsindəki yataqxanadabaşı kəsilən 1986-cı il təvəllüdlü Aynurə Kazımova Füzuli rayonunun icra başçısı vəzifəsində çalışan Alı Alıyevin bacısı qızıdır.Qeyd edək ki, Daxili İşlər Nazirliyi Aynurəni qətlə yetirməkdə təqsirli bilinən 33 yaşlı Rafiq Ələkbərovu həbs edib.Rafiq Ələkbərov Aynurə Kazımovanın başını iki azyaşlı uşağının gözləri qarşısında kəsib.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol