Pakistanda pirotexnika anbarında partlayış nəticəsində ölənlərin sayı dördə çatıb

Pakistanın Karaçi şəhərində "Tac" tibb kompleksi yaxınlığındakı pirotexnika anbarında baş verən partlayış və yanğın nəticəsində ölənlərin ümumi sayı dörd nəfərə çatıb. Bu barədə “Dawn” portalı məlumat yayıb.
Bundan başqa, 33 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Yaxınlıqdakı evlər, mağazalar və bir neçə avtomobil zədələnib.
Hadisə ötən gün baş verib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























