• $
  • €
  • ₽
  • ₺
  • £

Cəriməsi olan sürücələrə BƏD XƏBƏR

Cəriməsi olan sürücələrə BƏD XƏBƏR
28.12.2013 15:00
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xəbərdarlıq edir ki, inzibati xətaya görə cəriməsini vaxtında ödəməyən sürücülər və avtomobil sahibləri qarşıdan gələn bayram günlərində yollarda ciddi problemlərlə rastlaşa bilərlər.Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.Şöbə rəisinin sözlərinə görə, cəriməsinin ödənməsindən 2 aydan çox vaxt keçmiş sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılaraq avtomobilləri müvəqqəti duracağa aparılacaq: "Qeyd etmək istəyirik ki, yol verilmiş inzibati xətaya görə cəriməsini 2 aydan çox ödəməyən kifayət qədər sürücü və avtomobil sahibi var. Onlar da bilməlidir ki, bu bayram günlərində ailələri ilə yola çıxarkən cəriməsini vaxtında ödəməməsi səbəbindən avtomobili saxlanılıb duracağa aparıla bilər. Ona görə də xahiş edirik ki, bu məsələdə bir daha diqqətli olsunlar. Ola bilər ki, kimsə cərimə olunduğunu unudub və ya cəriməsinin olduğunu xatırlamır. Əgər xatırlamırlarsa, o zaman DİN-in və ya BDYPİ-nin internet səhifəsində sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə bunu dəqiqləşdirə və ya ödənilməmiş cərimələri barədə məlumat əldə edə bilərlər".Qeyd edək ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti də 31 dekabr 2013-cü il tarixdən 2014-cü il yanvar ayının 7-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol