"Qara ilan"ın sonuncu bazarı - HAVA NECƏ OLACAQ?

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə görə, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə, gündüz 6-10 dərəcə isti olacaq.Dekabrın 29-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, ayrı-ayrı rayonlarda çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında gecə 15-20 dərəcə şaxta, bəzi yerlərdə 23 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə şaxta olacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























