• $
  • €
  • ₽
  • ₺
  • £

Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub

Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
26.08.2025 19:19

Bir gündə üç doğuş prosesi təcili tibbi yardım avtomobilində icra olunub.Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 25.08.2025-ci il tarixində saat 23:50 radələrində Bakı şəhərinin Sabunçu rayonundan, 26.08.2025-ci il tarixində saat 02:50 radələrində Xəzər rayonundan, 26.08.2025-ci il tarixində saat 06:00 radələrində isə Quba rayonunun Qalayxudat kəndi ərazisindən doğuş prosesi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub və tibb müəssisələrinə hospitalizasiya zamanı hamilələrin doğuş prosesi başlayıb. Həkim briqadaları tərəfindən operativ və peşəkar tibbi müdaxilə ilə, doğuş prosesi elə təcili tibbi yardım avtomobillərində qüsursuz şəkildə idarə olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən 2 zahı qadın və yenidoğulmuşları Sabunçu Tibb Mərkəzinin Doğum şöbəsinə, 1 zahı qadın və yenidoğulmuşu isə Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Perinatal Mərkəzə hospitalizasiya olunublar.

Hazırda müvafiq şöbələrdə anaların və körpələrin müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol