• $
  • €
  • ₽
  • ₺
  • £

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək
27.08.2025 18:30

Sentyabrın 13-14-də Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək.

Festival Şamaxı rayonunun Meysəri kəndində baş tutacaq.

Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. Bu il keçiriləcək festivalda da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər də nəzərdə tutulub.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festivalda müxtəlif şərab brendləri iştirak edəcək. Bununla yanaşı, 2 gün ərzində festival ərazisində sərgi, əyləncə, müxtəlif ustad dərsləri zonaları və məşhur restoranların pavilyonları quraşdırılacaq.

Yerli və xarici istehsalçıların nümayiş etdirdikləri müxtəlif çeşidli şərab məhsullarının dequstasiyaları olacaq, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə edə biləcək, ustad dərslərində iştirak, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanacaqlar.

Festivala gələnləri tanınmış ifaçıların konsert proqramı da gözləyir.

Artıq dördüncü dəfədir ki, keçiriləcək Üzüm və Şərab Festivalı şərab istehsalçılarına yeni işguzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.

Festivalda iştirak etmək istəyənlər iTicket.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Avtobus bileti almış iştirakçılar üçün nəqliyyat Heydər Əliyev Mərkəzindən təşkil olunacaq. Avtobuslar Heydər Əliyev Mərkəzinin dayanacağından saat 11:30-da yola düşəcək. Şamaxıdan Bakıya geri dönüş isə saat 20:40-da olacaq.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol