• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın vergi gəlirləri 2025-ci ilin ilk 8 ayında 11,6 milyard manatı ötüb

Azərbaycanın vergi gəlirləri 2025-ci ilin ilk 8 ayında 11,6 milyard manatı ötüb
04.09.2025 18:39

2025-ci i ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə 11 milyard 561,1 milyon manat vergi daxil olub. Proqnoz 105,4% yerinə yetirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 333,6 milyon manat və ya 3,0% artıb. Xidmət planı 592,1 milyon manat artıq icra edib.

Qeyri-neft sektoru üzrə daxilolmalar artıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8 milyard 434,6 milyon manat təşkil edib, bu da proqnozun 103,0%-lik icrasını göstərir. Sektor üzrə illik artım 690,4 milyon manat və ya 8,9% olub.

Ümumi vergi daxilolmalarının 73,0%-i qeyri-neft-qaz sektorunun, 27,0%-i isə neft-qaz sektorunun payına düşüb.

Sosial sığorta daxilolmaları 12,2% artıb

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 180,4 milyon manat olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 455,8 milyon manat və ya 12,2% artıma bərabərdir.

Qeyri-büdcə təşkilatlarından daxilolmalar 13,2% artaraq 2 milyard 788,5 milyon manat təşkil edib.

İşsizlik və tibbi sığorta haqları da artıb

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 148,2 milyon manat olub – bu, illik müqayisədə 11,0% artım deməkdir. Qeyri-büdcə sektorundan bu mənbə üzrə daxilolmalar 113,2 milyon manat təşkil edib (artım 12,3%).

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 10,3% artaraq 727,6 milyon manata çatıb. Qeyri-büdcə təşkilatları üzrə bu göstərici 515,0 milyon manat olub (artım 10,0%).

Gülnar


Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol