• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda turizm şirkətləri vasitəsilə dələduzluq: 20-dən çox vətəndaş aldadılıb

Bakıda turizm şirkətləri vasitəsilə dələduzluq: 20-dən çox vətəndaş aldadılıb
08.09.2025 12:40

Bakıda “JOY TOUR” və “JOY TRAVEL” turizm agentlikləri vasitəsilə vətəndaşların aldadılması ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, Xətai rayon prokurorluğuna daxil olan çoxsaylı müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində şirkətlərin təsisçisi Rəşad İlyasovun vətəndaşlardan xarici ölkələrə tur paketləri və aviabiletlər satmaq adı ilə pul toplayaraq həmin vəsaitləri şəxsi məqsədlərlə istifadə etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

İddialara görə, 20-dən artıq şəxs bu sxem üzrə aldadılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 308.1-ci maddələri ilə cinayət işi başlanıb. Rəşad İlyasov təqsirləndirilən şəxs qismində həbs edilib.

İbtidai istintaq çərçivəsində hər iki MMC-nin maliyyə-təsərrüfat fəaliyyəti üzrə kompleks auditor yoxlaması təyin olunub. Yoxlama Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən aparılır.

Prokurorluq, zərərçəkmiş vətəndaşları Xətai rayon prokurorluğuna müraciət etməyə çağırır.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol