• $
  • €
  • ₽
  • ₺
  • £

AYNA yeni tədris ilinə hazırlıq çərçivəsində avtobusların sayını artırır

AYNA yeni tədris ilinə hazırlıq çərçivəsində avtobusların sayını artırır
08.09.2025 16:49

Yeni tədris mövsümünün başlanması ilə əlaqədar Bakı və ətraf ərazilərdə sərnişindaşıma imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xəttə buraxılan avtobusların sayı artırılır. Bu barədə  AYNA-dan məlumat verilib.

Rəsmi məlumata əsasən, hazırda paytaxtda istismarda olan 2 200 avtobusun sayının 2 300-dən çoxa çatdırılması planlaşdırılır. Bu məqsədlə daşıyıcılarla görüşlər keçirilib və xətt üzrə avtobus sayı ilə bağlı tapşırıqlar verilib.

Bu il ərzində 10 marşrut yenilənib, 150-yə yaxın ekoloji təmiz (elektrik və sıxılmış təbii qazla işləyən) avtobus istifadəyə verilib. Yenilənmə Sumqayıt və Abşeron ərazilərini də əhatə edib. Yaxın günlərdə əlavə 200 müasir avtobusun da Bakı marşrutlarına qoşulacağı bildirilib.

Avtobusların hərəkətini sürətləndirmək üçün 40-dan çox küçə və prospektdə ümumilikdə 112 km uzunluğunda xüsusi hərəkət zolaqları yaradılıb. AYNA-ya görə, bu zolaqlarla hər gün 1 milyona yaxın sərnişin daşınır, bəzi marşrutlarda gediş vaxtı 12–22 dəqiqəyə qədər azalıb.

Agentlik bildirir ki, avtobus parkının yenilənməsi və marşrutların genişləndirilməsi ictimai nəqliyyata əlçatanlığın və xidmət keyfiyyətinin artırılmasına yönəlib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol