• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Azərbaycanın sorğusu əsasında axtarışda olan şəxsi saxlayıb

Rusiya Azərbaycanın sorğusu əsasında axtarışda olan şəxsi saxlayıb
09.09.2025 12:56

Azərbaycanın hüquq-mühafizə orqanları rusiyalı həmkarlarından Rusiyada həbs edilmiş, Azərbaycanda terrorçuluq və digər cinayətlər məqsədilə təlimlər keçirməkdə təqsirləndirilən şəxsin ekstradisiyasını xahiş ediblər. Bu barədə yerli KİV məhkəmə materialına istinadən məlumat yayıb. 

Bildirilib ki, Azərbaycan tərəfi törətdiyi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqsirəndirilən şəxsin ekstradisiyasını tələb etmək niyyətini təsdiqləyib. 

Məhkəmə materialında qeyd olunub ki, hazırda təqsirləndirilən şəxsin Azərbaycanın hüquq-mühafizə orqanlarına ekstradisiyasına aşkar maneə yoxdur. 

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycanın sorğusu əsasında qiyabi həbs edilən və həmin ölkədə axtarışda olan şəxsi saxlayıblar. 

O, respublikada terrorçuluq məqsədilə təlimlər keçirməkdə, cinayətkar birlik (cinayətkar təşkilat) yaratmaqda və Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda ittiham olunur.

Moskva məhkəməsi Azərbaycanın sorğusu əsasında saxlanılan şəxsin barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq onu istintaq təcridxanasına göndərib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol