• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda heyvan xəstəliklərindən azad zonalar yaradılacaq

Naxçıvanda heyvan xəstəliklərindən azad zonalar yaradılacaq
15.09.2025 16:26

Naxçıvanda heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanacaq. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, bu təşəbbüs bölgədə baytarlıq nəzarətinin gücləndirilməsi, heyvandarlıq məhsullarının keyfiyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm addım hesab olunur.  

Heyvan xəstəliklərindən azad statusun alınması, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə AQTA sədr müavini Balarəhim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə əsas müzakirə mövzusu olub.

Görüş zamanı qeyd olunub ki, ilk növbədə azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinin qarşısının alınmasına yönəldiləcək və "peyvəndləmə ilə azad" statusun əldə olunması istiqamətində praktiki işlərə başlanacaq. Epizootoloji, diaqnostik, logistik və digər tədbirlərin icrasından sonra Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət ediləcək. 

Beynəlxalq ticarət qaydalarına görə, heyvanlar və heyvan mənşəli məhsullar yalnız xəstəlik olmayan ölkələrdən, ya da beynəlxalq standartlara uyğun sağlamlıq statusu tanınan regionlardan ixrac edilə bilər. Bölgənin gələcək tranzit potensialını nəzərə alaraq, Naxçıvanda heyvan xəstəliklərindən azad statusun alınması yerli məhsulların ixracı və tranzit daşınması baxımından əhəmiyyətli rol oynayacaq. 

Görüşdə heyvanların identifikasiyası, seroloji monitorinqlərin aparılması, vaksinasiya, qida təhlükəsizliyinə nəzarət məntəqələri, laboratoriyaların yaradılması və digər vacib məsələlər də müzakirə olunub. Bütün bu işlərə dair birgə tədbirlər planı hazırlanıb və əməli işlərə başlanması barədə razılıq əldə edilib. 

Heyvan xəstəliklərindən azad zonaların yaradılması "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi üçün prioritet mövzulardan biridir. 

Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol