• $
  • €
  • ₽
  • ₺
  • £

37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
15.09.2025 18:50

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 37 sayda avtobus marşrutunu müsabiqəyə çıxarır.

Bunlar Bakı-Zaqatala, Bakı-Balakən, Bakı-Qax, Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Göyçay, Bakı-İmişli, Bakı-Cəlilabad, Mingəçevir-Qazax, Mingəçevir-Tərtər, Şəki-Mingəçevir, Bərdə-İsmayıllı, Gəncə-Qazax və əks istiqamətə, Bakı-Xankəndi-Laçın, Bakı-Ağdam, Sumqayıt-Laçın, Beyləqan-Xankəndi, Ağcabədi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı, Aşağı Ağasıbəyli (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Alıuşağı (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Burunqovaq (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Düzqışlaq (Şəmkir stansiyası) - Gəncə (avtovağzal), Qaraarx (Samux) - Gəncə (Dəmiryolu vağzalı), eləcə də paytaxtın 146, 182 və 206 nömrəli şəhərətrafı avtobus marşrutlarıdır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 14 oktyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov – tel.: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Zaqatala, Bakı-Balakən, Bakı-Qax, Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Göyçay, Bakı-İmişli, Bakı-Cəlilabad istiqamətlərində 10 lot üzrə oktyabrın 21-də;

Bakı-Cəlilabad, Mingəçevir-Qazax, Mingəçevir-Tərtər, Şəki-Mingəçevir, Bərdə-İsmayıllı, Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 10 lot üzrə oktyabrın 24-də;

Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın, Bakı-Ağdam, Sumqayıt-Laçın, Beyləqan-Xankəndi, Ağcabədi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı istiqamətlərində 9 lot üzrə oktyabrın 28-də;

Aşağı Ağasıbəyli (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Alıuşağı (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Burunqovaq (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Düzqışlaq (Şəmkir stansiyası) - Gəncə (avtovağzal), Qaraarx (Samux) - Gəncə (Dəmiryolu vağzalı) istiqamətlərində 5 lot üzrə oktyabrın 31-də;

paytaxtın 206 nömrəli ("Elmlər Akademiyası" metrostansiyası - Lökbatan qəsəbəsi), 182 nömrəli (Binə qəsəbəsi - Mərdəkan qəsəbəsi) və 146 nömrəli (Yeni Suraxanı qəsəbəsi – Şüvəlan qəsəbəsi) şəhərətrafı avtobus marşrutları üzrə 3 lotda noyabrın 4-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol