• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda doğum göstəricisi artıb, ölüm isə azalıb

Azərbaycanda doğum göstəricisi artıb, ölüm isə azalıb
26.12.2013 16:39
Son 10 il ərzində Azərbaycanda doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 18,6-a qalxıb, ölüm isə 6,0-dan 5,9-ə düşüb.APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, təbii artım 7,9-dan 12,7-dək yüksəlib, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.  Nazir müavini qeyd edib ki, bu il antenatal xidmətin təşkilində və hamilələrin hospitalizasiyasında mövcud olan problemlərin aradan qaldırılması istiqamətində bir sıra mühüm işlər görülüb. Bu məqsədlə nazirlik tərəfindən tibb müəssisələrinin bu sahədə fəaliyyətini tənzimləyən normativ sənədlərin qəbul olunduğunu deyən E.Ağayevin sözlərinə görə, hazırda hospitalizasiya bölgü prinsipi əsasında, perinatal yardım səviyyələri üzrə müəssisələrə uyğun olaraq həyata keçirilir: “Səhiyyə sahəsində mövcud problemlərdən biri də qeysəriyyə kəsiyi əməliyyatlarının son illər ərzində ilbəil artmasıdır. Tibbi göstəriş olmadan belə əməliyyatların həyata keçirilməsinin qarşısının alınması məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən “Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları” və bu əməliyyatlar üzrə klinik protokol hazırlanaraq kollegiyanın qərarı ilə təsdiq edilib.  Respublikada həyata keçirilən tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Əgər 2003-cü ildə respublikada körpə ölümü göstəricisi 16,7 promilli idisə, 2013-cü ildə bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2013-cü ildə 14,5-a enib”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol