• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Quba yolunda baş verən dəhşətli qəzanı törədən sürücü tutuldu

Bakı-Quba yolunda baş verən dəhşətli qəzanı törədən sürücü tutuldu
26.12.2013 15:15
 Bakı - Quba yolunda baş verən dəhşətli yol qəzasını törətməkdə şübhəli bilinən şəxs həbs edilib.Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi Fuad Mehmanovun APA-ya verdiyi məlumata görə, dekabrın 24-də Bakı-Quba yolunda  beş nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən “Mercedes” markalı yük avtomobilinin sürücüsü, 1977-ci il təvəllüdlü İlham Əmiraslan oğlu Yusifova Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma-iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə  ittiham irəli sürülüb. Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə İ. Yusifov barəsində 3 ay  müddətinə həbs qəti-imkan tədbiri seçilib. Qeyd edək ki, , dekabrın 24-də saat 12:00 radələrində Abşeron rayonu ərazisində Qazax rayon sakini İlham Yusifovun idarə etdiyi “Mercedes” markalı betonqarışdıran avtomobili qarşıda gedən, Bakı şəhər sakini Elşən Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub, idarəetməni itirdiyindən yolun əks istiqamətinə çıxıb və Sumqayıt şəhər sakini Akif Sadıxovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub. Nəticədə “Nissan” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Akif Məhərrəm oğlu Sadıqov, həmin maşında olan sərnişinlər, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, 1988-ci il təvəllüdlü Cavid Əjdər oğlu Hidayəttinov, Azərbaycan Texniki Universitetinin tələbəsi, 19 yaşlı Nurlan Güloğlan oğlu Tahirli,  1989-cu il təvəllüdü Əli Qeys oğlu Məmmədov və şəxsiyyəti hələlik məlum olmayan digər bir sərnişin hadisə yerində ölüblər.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol