• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub
23.09.2025 14:31

Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə nitq və eşitmə məhdudiyyətli gənclər üçün “Zəka Fest” inklüziv intellektual oyun turniri təşkil olunub. Beynəlxalq Jest Dili Gününə həsr edilən bu layihə “Şəkərbura Şou”nun təşəbbüsü, “Karlara Dəstək” İctimai Birliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İctimai Televiziya və digər tərəfdaşların dəstəyi ilə həyata keçirilib. Turnirin əsas məqsədi eşitmə məhdudiyyətli uşaqların sosial inteqrasiyasını gücləndirmək və yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, onlar üçün inkişafetdirici oyunların əlçatanlığını təmin etməkdir.


Turnirdə ümumilikdə yeddi komanda mübarizə aparıb. Beş saat davam edən intellektual marafon yeddi raund və final mərhələsindən ibarət olub. İştirakçılar komanda işi və fərdi düşünmə bacarıqlarından istifadə edərək müxtəlif sualları cavablandırıblar. Yarışın nəticəsinə əsasən “Uğur” komandası birinci, “Qızıl” ikinci, “Cəsur” isə üçüncü yerə layiq görülüb. Qalib və digər iştirakçı komandalar “Nar” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb. 


Qeyd edək ki, “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslərin informasiya və ünsiyyət imkanlarının artırılması istiqamətində həyata keçirdiyi layihələrlə beynəlxalq səviyyədə tanınır. Şirkət bu sahədəki sosial məsuliyyət təşəbbüslərinə görə nüfuzlu “Stevie” biznes mükafatına layiq görülüb. Yeni jest dili mobil tətbiqinin dəstəklənməsi də “Nar”ın bu istiqamətdə uzunmüddətli fəaliyyətinin məntiqi davamıdır və inklüziv cəmiyyətin qurulmasına töhfəsini daha da gücləndirir. Mobil operatorun dəstəyi ilə gerçəkləşdirilən bütün sosial layihələr haqqında daha ətraflı məlumatı buradan  əldə edə bilərsiniz. 
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol