• $
  • €
  • ₽
  • ₺
  • £

Aviasiya hadisələrinin araşdırılması üzrə yeni komissiyanın tərkibi və qaydalar təsdiqlənib- Qərar

Aviasiya hadisələrinin araşdırılması üzrə yeni komissiyanın tərkibi və qaydalar təsdiqlənib- Qərar
24.09.2025 11:45

Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi”nin və “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət Qaydası”nın təsdiq edilib.

bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qərarla, aviasiya təhlükəsizliyinin təmin olunması sahəsində mühüm institusional dəyişikliklər həyata keçirilib. Əvvəlki normativ sənədlər ləğv edilərək, daha müasir və beynəlxalq təcrübəyə uyğun araşdırma və tənzimləmə mexanizmləri müəyyənləşdirilib.

Yeni daimi komissiyanın yaradılması, aviasiya hadisələrinin və insidentlərinin operativ, şəffaf və səmərəli şəkildə araşdırılmasına xidmət edəcək. Bu, həm də mülki aviasiyada təhlükəsizlik standartlarının artırılması məqsədini daşıyır.

Eyni zamanda, komissiyanın Əsasnaməsi, tərkibi və fəaliyyət qaydaları artıq rəsmi şəkildə hüquqi baza qazanıb ki, bu da aviasiya sektorunda baş verə biləcək fövqəladə hadisələrin düzgün qiymətləndirilməsinə və gələcəkdə onların qarşısının alınmasına yönəlib.

Qərara əsasən, Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi aşağıdakı kimidir:

Daimi komissiyanın sədri
Azərbaycan Respublikasının Baş naziri

Daimi komissiya sədrinin müavini

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Daimi komissiyanın üzvləri:

Azərbaycan Respublikasının Baş prokuroru
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının xarici işlər naziri
Azərbaycan Respublikasının müdafiə naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol