Bakıda sərnişin avtobusu qəza törətdi

Bu gün səhər saatlarında Bakıda növbəti dəfə sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Xətai rayonu, Nobel prospektində baş verib."Nargilə" kafesinin önündə "Shaqman" markalı yük avtomobili ilə iri tutumlu sərnişin avtobusu toqquşub. Şahidlərin bildirdiklərinə görə, yük avtomobili idarə etməni itirib və işıqforun qarşısından dönmə hərəkətini yerinə yetirən sərnişin avtobusunun ön hissəsinə dəyib. Yol polisi əməkdaşları hadisə yerinə gəliblər. Qəza nəticəsində ölən və yaralanalar barəsində məlumat verilmir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























