• $
  • €
  • ₽
  • ₺
  • £

III MDB Oyunları ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində çalışır

III MDB Oyunları ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində çalışır
25.09.2025 18:16

28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək III MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gücləndirilmiş iş rejimində çalışır.Bu barədə AYNA-dan məlumat verilib.

Bildirilib ki,agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçiriləcəyi şəhərlərə tam heyətlə cəlb olunublar.Oyunlarda çıxış edəcək idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətləri ilə təmin edilməsi həyata keçirilir.

III MDB Oyunları ilə əlaqədar Azərbaycana gələn qonaqlar həm Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanlarına üz tutur. Nümayəndə heyətlərinin hava limanlarından daşınması təşkil edilmiş şatllarla həyata keçirilir. Hava limanı daşımaları üçün 40 “Neoplan” markalı avtobus ayrılıb.

Sentyabrın 24 və 25-də oyunlarla əlaqədar AYNA tərəfindən 6 reys həyata keçirilib və 9 avtobusla 180 sərnişin hava limanlarından tədbirlərin keçiriləcəyi şəhərlərə rahat və təhlükəsiz şəkildə aparılıb.

Həmçinin tədbirlərin keçiriləcəyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 “Yutong” və “Neoplan” markalı avtobus ayrılıb. Bu avtobuslardan 10-u bu gündən Qəbələdə başlayan oyunlar üçün iştirakçıların yarış məkanlarına çatdırılmasını təmin edir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol