• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənovun qardaşı oğlunun ayağını sındırdılar - Dava +Yenilənib

Zakir Həsənovun qardaşı oğlunun ayağını sındırdılar - Dava +Yenilənib
26.12.2013 11:56

AzNews.az-a dünən gecə saatlarında Beynəlxalq Hava Limanında məmur övladları arasında baş verən kütləvi dava ilə bağlı bəzi təfərrüatlar məlum olub. Belə ki, müdafiə nazirinin qohumunun da xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi davanın iştirakçıları arasında Rabitə və İnformasiya Yexnologiyaları naziri Əli Abbasovun, eləcə də keçmiş baş prokuror İxtiyar Şirinovun yaxınları da olub. Davada xəsarət alan şəxsin kimliyi də məlumdur. Bu, müdafiə naziri Zakir Həsənovun əmisi oğlu, hazırda Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olan, polis general-mayoru Elxan Həsənovun oğludur. Ayağı sınan və müxtəlif dərəcəli bədən xəsarətləri alan bu şəxs Müdafiə Nazirliyində çalışır.Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəis müavini Ehsan Zahidov AzNews.az-a bildirib ki, hadisə ilə bağlı nazirliyə hər hansı bir məlumat daxil olmayıb. Mövzunu davam etdirəcəyik.ANN.Az

***

11:48

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında kütləvi dava baş verib. Hadisə dekabrın 25-i gecə saatlarında qeydə alınıb. İki qrup arasında mübahisə hələ Rusiya paytaxtı Moskvadakı Şeremetova hava limanında başlayıb. Hər iki qrupun Azərbaycana gəlmək üçün eyni təyyarə reysinə bilet aldığı və daha sonra hava limaninda tərəflər arasında mübahisə yarandığı bildirilir. Moskvada başlayan mübahisə təyyarə Bakıda yerə endikdən sonra da davam edib. Hava limanının dayanacağında saxlanan maşınlarının götürmək üçün gələn mübahisə iştirakçıları burada yenidən əlbəyaxa olub. Məlumatlara görə, kütləvi davaya qatılanlar ölkənin tanınmış məmurlarının övladlarıdır. Hava limanının mühafizə polisi və hətta gömrük əməkdaşları da davaya müdaxilə edib. Kütləvi davada bir neçə nəfərin xəsarət aldığı bildirilir ki, onların da arasında müdafiə naziri Zakir Həsənovun qardaşı oğlu da var. Nazirin qardaşı oğlunun ayağı sınıb, müxtəlif dərəcəli bədən xəsarətləri alıb (AzNews.az).ANN.Az 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol