• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaq Evindəki qalmaqalla tanınan Məhəmməd 10 il müddətinə həbs olunub

Uşaq Evindəki qalmaqalla tanınan Məhəmməd 10 il müddətinə həbs olunub
26.09.2025 17:50

Bakıda 3 saylı Uşaq Evindəki qalmaqalla tanınan 2006-cı il təvəllüdlü Məhəmməd Hacıyev həbs edilib. Bu barədə oxu.az məlumat yayıb. 

Adıçəkilən uşaq evində böyüyən və sonradan 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilən M.Hacıyev 13 yaşlı oğlana qarşı zorakılıq və seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilib.

İttihama görə, o, 3 saylı Uşaq Evində olarkən 2012-ci il təvəllüdlü oğlana zor tətbiq edərək seksual xarakterli hərəkətlər edib.

Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq başa çatdırıldıqdan sonra iş məhkəməyə göndərilib.

Məhkəmədə ifadə verən Məhəmməd Hacıyev ittihamları qəbul etməyib və 3 saylı Uşaq Evində baş verən neqativ hallar barədə açıqlamalar verdiyi üçün şərləndiyini deyib. O, ittihamlardan xəbərsiz olduğunu bildirib.

Prosesdə zərərçəkmiş qismində ifadə verən yeniyetmə oğlan isə M.Hacıyev tərəfindən cinsi zorakılığa məruz qaldığını deyib.

Şahid ifadələrindən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Məhəmməd Hacıyev 10 il azadlıqdan məhrum edilib.

Məhəmməd Eldəniz oğlu Hacıyev valideyn himayəsindən məhrum olduğu və ögey qardaşı tərəfindən küçəyə atıldığı üçün 3 saylı Uşaq Evinə yerləşdirilib və orada böyüyüb.

O, 4-cü sinfə qədər Bakı şəhərindəki 29 saylı tam orta məktəbdə fərdi təhsil alıb. Valideynlərini itirdikdən sonra 4-cü sinfi bitirib, məktəbdən çıxıb və 3 saylı Uşaq Evinə yerləşdirilib. Orada qalan M.Hacıyev müəssisədəki təminatdan şikayət edib. Daha sonra o, Uşaq Evinin rəhbərliyinin müraciəti əsasında Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Bir müddətdən sonra isə M.Hacıyev xəstəxanadan evə buraxılmışdı.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol