• $
  • €
  • ₽
  • ₺
  • £

Akademiya işçiləri attestasiyadan keçəcək

Akademiya işçiləri attestasiyadan keçəcək
26.12.2013 10:23
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni işçilərin işə qəbulu bir qayda olaraq Azərbaycan Res­pub­li­kasının Əmək Məcəlləsinin tələblərinə uyğun, müddətli əmək müqavilələri əsasında həyata keçiriləcəkdir. AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, bu barədə qərar Akademiyanın Rəyasət Heyətinin iclasında qəbul edilib.Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, məcəllədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 70 yaşdır: "Buna baxmayaraq, məcəllənin digər bəndlərinə edilmiş əlavələr dövlət büdcəsindən maliyyələşən elm, mədəniyyət, səhiyyə və təhsil müəssisələrində çalışmanın yaş həddinin 70-dən yuxarı uzadılmasına imkan verir".O, bildirib ki, əmək qanunvericiliyinə edilən bu əlavə əvvəlki əlavələrlə ziddiyyət təşkil edir: "Bu qanun norması AMEA-nın elmi müəssisələrində çalışmanın yaş həddini aşmış çoxsaylı elmi və digər işçilərin fəaliyyət göstərməsinə süni şərait yaradır".Qərara görə, AMEA-da çalışan 18-60 yaş arası şəxslərlə əmək müqavilələri 4, altmış yaşdan yuxarı şəxslərlə isə 1 il müddətinə bağlanacaqdır. Həmçinin, Akademiyada çalışan işçilərin 2014-cü ildə fevralın 1-dən aprelin 30-dək attestasiyası keçiriləcəkdir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol