• $
  • €
  • ₽
  • ₺
  • £

Özünü yandıran müharibə əlilinin atası: “Nə etməlidir axı?”

Özünü yandıran müharibə əlilinin atası: “Nə etməlidir axı?”
26.12.2013 09:45
Qarabağ müharibəsi əlili Zaur Həsənov dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O özünə qəsdi 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov iddia edir ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev alıb.“Azadlıq” radiosu Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsində müalicə edilən müharibə əlilinin atası Həsən Həsənovu danışdırıb. Həsən Həsənov oğlunun vəziyyətinin ağır olduğunu deyib:- Vəziyyəti yaxşı deyil, ağzı, üzü, qolları, sinəsi, beli, qurşaqdan yuxarı bütün bədəni yanıb.O, oğlunun iddialarına haqq qazandırıb:- Zaurun işlətdiyi kafeni 20 polis sökdü...- Söküntüyə məhkəmə qərarı vardı?- Vardı. Oğlum məhkəmə uda bilər ki? Zaura məxsus “Ailəvi” kafesi Şıx ərazisində, dənizin qırağında idi. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri o vaxt əraziyə gələndə oğlum onlardan sənəd istəmişdi. Demişdilər ki, sən Qarabağda döyüşüb gəlmisən, elə bizim üçün ən böyük sənədsən. Üstündən iki il keçəndən sonra dedilər ki, kafeni yolun digər tərəfində tik. Onu da elədik. Müqavilənin müddəti 2015-ci ilə qədər  idi. Amma buna əhəmiyyət verməyib sökdülər.Ərazidəki bütün kafelər fəaliyyətdədir, bir Zaurun kafesindən başqa. Niyə belə olur? Oğlum 5 uşaq atasıdır, 110 manat pensiya alır. Nə etməlidir axı? Maraqlısı odur ki, bu məsələlər baş verməzdən bir həftə öncə Mehbalıyev Zaura söz vermişdi ki, obyekti sən işlədəcəksən. Biz o obyektin tikintisi üçün evlərimizi girov qoyub banklardan 350 min manata yaxın pul götürmüşük. Bu məsələ ilə bağlı prezidentə və xanımına dəfələrlə yazmışıq. Prokurorluq, Daxili İşlər Nazirliyi bilir. Məktublara gələn cavabların da hamısı evdədir.Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov “Azadlıq” radiosuna baş verən hadisədən təəssüfləndiklərini bildirib, amma Zaur Həsənovun iddialarını doğru saymadığını vurğulayıb.Konfederasiyanın yaydığı məlumatda bildirilir ki, Bibiheybət bələdiyyəsinin “Şıx” sanatoriyasının istifadəsində olan sahədə torpağın Zaur Həsənova icarəyə verilməsi və onun həmin ərazidə ictimai iaşə obyekti tikməsi qanuni olmayıb. Açıqlamaya görə, konfederasiyanın “Kurort” Səhmdar Cəmiyyətinə məxsus torpağı Zaur Həsənovun zəbt etməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarları ilə təsdiqlənib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol