• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq

Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq
29.09.2025 20:11

Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq.Bunu elm və təhsil naziri Emin Emrullayev deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində ilkin mərhələdə təxminən 1 200 uşaq əhatə olunacaq.

Nazir vurğulayıb ki, bu, dövlət və özəl sektorun birgə təşəbbüsü kimi həyata keçirilir:

“Biz prioritet olaraq şəhərin mərkəzində yerləşən məktəbləri və daha çox təsir göstərə biləcək məktəbləri cəlb etməyə çalışırıq. Layihə pilot səviyyəsindədir və məqsəd uşaqların məktəbə təhlükəsiz və rahat daşınmasını təmin etməkdir”.

Əmrullayev əlavə edib ki, dövlət layihənin ilkin mərhələsində müəyyən subsidiya və dəstək mexanizmləri ilə iştirak edəcək, lakin şagird sayı artdıqca ödənişin valideynlər tərəfindən qarşılanması nəzərdə tutulur: “Layihənin əsas məqsədi həm uşaqlar üçün rahat nəqliyyat təmin etmək, həm də tıxacların azaldılmasına töhfə verməkdir. Saylar artdıqca qiymətlər tədricən optimallaşdırılacaq”.

Nazir qeyd edib ki, bu layihə təhsil və nəqliyyat sahəsində innovativ yanaşmanın bir nümunəsi olacaq və gələcəkdə daha geniş tətbiq edilə bilər.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol