• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıt Sənaye Parkında istehsal olunan ilk elektrik avtobusu "BakuBus"a təqdim olunub

Sumqayıt Sənaye Parkında istehsal olunan ilk elektrik avtobusu "BakuBus"a təqdim olunub
29.09.2025 21:50

Sumqayıt Sənaye Parkında “BYD” “Azerbaijan Energy Automotive Factory” MMC-nin istehsal etdiyi ilk elektrik avtobusu “BakuBus” MMC-yə təqdim olunub.Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Azərbaycan Prezidentinin 2023-cü ildə imzaladığı “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Sərəncama uyğun olaraq ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin istehsalı və istifadəsi genişləndirilir.

Artıq Sumqayıt Sənaye Parkında yerləşən “Azerbaijan Energy Automotive Factory”də (AEAF) istehsal prosesinə başlanılıb və artıq ilk avtobuslar SKD üsulu ilə yığımdan çıxıb.

İlk tam elektrik avtobusun “BakuBus” MMC-yə təqdim edilməsi ilə bağlı keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Çinin Azərbaycandakı səfiri Lu Mey, “BYD” şirkətinin baş direktoru Tian Çunlonq, “BakuBus” MMC-nin direktoru Şahin Həsənov və digər aidiyyəti şəxslər iştirak edib.

Çıxışlarda layihənin nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı olduğu, sənaye potensialını, texnologiya transferini və insan kapitalını gücləndirdiyi vurğulanıb. Bildirilib ki, bu, Azərbaycanın yaşıl enerji və yaşıl nəqliyyat siyasətinin mühüm hissəsidir və Azərbaycan-Çin əməkdaşlığının uğurlu nümunəsidir.

Bildirilib ki, ilk istehsal olunan 12 metrlik avtobus 82 sərnişin tutumuna malikdir və bir dəfə şarjla 350 km məsafə qət edə bilir. Gələcəkdə müxtəlif tutumlu modellərin, həmçinin paralel olaraq yük, kommunal və minik avtomobillərinin istehsalı istiqamətində təşəbbüslər reallaşdırılacaq.

Bu təşəbbüslər Azərbaycanın regionda ekoloji təmiz və dayanıqlı nəqliyyat sahəsində mövqeyini gücləndirir. Qeyd edək ki, “Azerbaijan Energy Automotive Factory” İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin inkişafı Fondunun, “SARDA Group” və “BYD”nin birgə təşəbbüsü ilə yaradılıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol