• $
  • €
  • ₽
  • ₺
  • £

Haqsız rəqabət və inhisar şikayətlərində artım qeydə alınıb – Rəsmi

Haqsız rəqabət və inhisar şikayətlərində artım qeydə alınıb – Rəsmi
03.10.2025 12:25

2025-ci ilin ilk səkkiz ayında Azərbaycanda haqsız rəqabət və iqtisadi təmərküzləşmə ilə bağlı müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə, qanunsuz reklamlar və təbii inhisar subyektlərinin fəaliyyəti üzrə şikayətlər isə 20%-ə qədər artıb. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 83 təmərküzləşmə əməliyyatı araşdırılıb, 54 hallarda haqsız rəqabətə yol verilməsi ilə bağlı təhqiqatlara başlanılıb və nəticədə 12 iş üzrə inzibati tədbirlər görülüb.

“Bütün bunlar rəqabət mühitində fəallığın və davamlı inkişafın göstəricisidir,” –  Bağırov qeyd edib.

O əlavə edib ki, aparılan tədbirlər nəticəsində 14 təsərrüfat subyekti pozuntuları könüllü şəkildə aradan qaldırıb, bu isə sahibkarların rəqabət normalarına artan həssaslığından xəbər verir.

2024-cü ilin iyulun 1-dən ölkədə "Rəqabət Məcəlləsi" qanunu qüvvəyə minib. 

Milli Məclis Milli Məclis "Rəqabət Məcəlləsi haqqında" qanunu 2023-cü ilin dekabrında qəbul edib. 
 
Prezident bu qanunu 2024-cü ilin yanvarında təsdiq edib. 


 Bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin keçmiş rəisi Məmməd Abbasbəyli bildirib ki, Azərbacanda Rəqabət Məcəlləsi qəbul edildikdən sonra bu istiqamətdə kifayət qədər ciddi addımlar atılacağına ümid var.


 Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılırdı. Yeni layihə 12 fəsil, 84 maddədən ibarətdir.
 
Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol