Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Oktyabrın 6-10 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























