• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada hücuma məruz qalan azərbaycanlıların kimliyi bilindi

Moskvada hücuma məruz qalan azərbaycanlıların kimliyi bilindi
25.12.2013 14:37
Rusiya paytaxtında dekabrın 24-də güllələnən Azərbaycanda doğulmuş Rusiya vətəndaşlarının kimliyi və hadisənin təfərrüatları məlum olub.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə paytaxtın cənubundakı Lyublino rayonunda baş verib. Naməlum şəxslər biri avtomobilin qarşısını kəsərək odlu silahdan atəş açıblar və hadisə yerindən qaçıblar. Nəticədə avtomobildəkilərdən biri ölüb, digəri yaralanıb. Rusiya mətbuatı qətlə yetirilən və yaralanan şəxsin azərbaycanlı olduğu barədə məlumat yayıb. Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov APA-nın Moskva müxbirinə açıqlamasında hadisənin təfərrüatları barədə danışıb. O, qətlə yetirilən və yaralanan şəxslərin Azərbaycanda doğulduqlarını bildirib: “Hadisə dünən saat 14:47 radələrində Moskvanın Lyublino rayonunda baş verib. Tixoretski bulvar küçəsində qara rəngli “Skoda Octavia” və BMW markalı avtomobillər “Chevrolet Cruze” markalı avtomobilin qabağını kəsib. “Skoda Octavia” və BMW-dən düşən 5 nəfər tibbi maskalı şəxs “Chevrolet Cruze”dakı şəxslərə odlu silahdan atəş açmağa başlayıblar. Nəticədə başından güllə yarası alan şəxs, 1964-cü ildə Azərbaycanda doğulmuş Yuşayev Binlyak Sergenoviç ölüb, onun sərnişini, 1970-ci ildə Azərbaycanda anadan olmuş Yuşayev Vitali Yakuboviç isə yaralanıb. Maskalı şəxslər gəldikləri BMW-ni hadisə yerində qoyaraq digər maşınla hadisə yerindən qaçıblar. Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində maskalı şəxslərin idarə etdiyi “Skoda Octavia” paytaxtın Stavropolsk küçəsində tapılıb. Həmin avtomobilin 2013-cü ilin avqust ayında qaçırıldığı məlum olub. Hadisəni törədən şəxslərin axtarışı isə davam edir”. Rusiya mətbuatı Yuşayevlərin qardaş olduqlarını yazsa da, onların əmioğlu olduqları bildirilir. Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol