• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada halal iqtisadiyyatın həcmi 3 trilyon dolları keçib

Dünyada halal iqtisadiyyatın həcmi 3 trilyon dolları keçib
07.10.2025 11:26

Hazırda dünyada halal iqtisadiyyatın həcmi 3 trilyon ABŞ dollarına yaxındır və bu sahənin şəffaflıq prinsipləri əsasında inkişaf etdirilməsi həm iqtisadi, həm də sosial dəyərlərin möhkəmlənməsinə xidmət edir. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Halal Biznes Forumundan çıxışı zamanı deyib. 

O bildirib ki, Bakıda keçirilən Halal Biznes Forumu 30-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə qlobal əməkdaşlığın güclənməsi və davamlı sahibkarlıq modellərinin təşviqi baxımından mühüm platformaya çevrilib.

“Bu əməkdaşlıq təkcə iqtisadi maraqlara deyil, həm də yeni iqtisadi fəlsəfələrin formalaşmasına xidmət edir. Halal ticarət – halal gələcək deməkdir,” –  Məmmədov vurğulayıb.

Tədbir iki gün davam edəcək və həm sərgi, həm də sektorlararası iclaslardan ibarət olacaq. Forum çərçivəsində halal məhsulların istehsalı, sertifikatlaşdırılması, logistika və maliyyələşmə mexanizmləri üzrə panel müzakirələr keçiriləcək.

Məmmədov vurğulayıb ki, əgər iqtisadi münasibətlərdə şəffaflığı qorusaq, cəmiyyətimiz də qazancımız da halal olar.

Azərbaycan son illərdə halal məhsulların istehsalı və ixracı sahəsində bir sıra hüquqi və institusional islahatlar həyata keçirib. Xüsusilə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu bu sahədə sertifikatlaşdırma və nəzarət funksiyalarını icra edir.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol