• $
  • €
  • ₽
  • ₺
  • £

KOBİA halal iqtisadiyyata töhfə verməyə hazırdır - Orxan Məmmədov

KOBİA halal iqtisadiyyata töhfə verməyə hazırdır - Orxan Məmmədov
07.10.2025 11:45

Halal iqtisadiyyatın inkişafı yalnız etik prinsiplərə deyil, həm də rəqabətli və şəffaf iqtisadi mühitin qurulmasına xidmət edir. Bunu Bakıda Halal Biznes Forumunda çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbəri Orxan Məmmədov bildirib. 

“Rəqabət şəraitinə dəstək göstərmək əsas hədəflərimizdəndir. Bu təşəbbüsə yanaşmamız praktik olmalı, real əməkdaşlıqlara əsaslanmalıdır,” –  Məmmədov Bakıda keçirilən Halal Biznes Forumu çərçivəsində vurğulayıb.

KOBİA rəhbəri qeyd edib ki, halal iqtisadiyyat sahəsində şəbəkələşmə və qarşılıqlı fəaliyyət imkanlarının yaradılması iştirakçı ölkələr və biznes strukturları üçün strateji əhəmiyyət daşıyır.

“Birlikdə işləməliyik. KOBİA olaraq bu prosesə daima töhfə verməyə hazırıq,” –  Məmmədov əlavə edib.

Halal Biznes Forumu 30-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə keçirilir. İki günlük tədbir sərgi, panel müzakirələr və ikitərəfli görüşlərdən ibarətdir. Forum çərçivəsində halal məhsulların sertifikatlaşdırılması, maliyyələşməsi və ticarəti üzrə əməkdaşlıq imkanları dəyərləndirilir.

Hazırda dünyada halal iqtisadiyyatın ümumi dəyəri təxminən 3 trilyon ABŞ dollarına çatır.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol