• $
  • €
  • ₽
  • ₺
  • £

KOSGEB rəhbəri: KOB-ların gücləndirilməsi qlobal rəqabətə tab gətirmək üçün əsas şərtdir

KOSGEB rəhbəri: KOB-ların gücləndirilməsi qlobal rəqabətə tab gətirmək üçün əsas şərtdir
07.10.2025 12:23

Kiçik və orta bizneslərin (KOB) gücləndirilməsi və onların qlobal rəqabətə davamlı hala gətirilməsi təşkilatın əsas prioritetlərindəndir. Bunu Bakıda keçirilən Halal Biznes Forumunda çıxışı zamanı Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) rəhbəri Ahmet Serdar İbrahimcioğlu bildirib. 

“Sahibkarlığın dəstəklənməsi, KOB-ların böyüməsi və beynəlxalq bazarlarda dayanıqlı mövqe tutması qlobal iqtisadi sistemdə iştirak üçün əsas şərtlərdəndir,” –  İbrahimcioğlu qeyd edib.

İbrahimcioğlunun sözlərinə görə, KOSGEB bu günə qədər 76 ölkə ilə 110 əməkdaşlıq protokolu imzalayıb ki, bunlardan 26-sı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrlə bağlanıb.

“İƏT KOB-ların inkişafı üçün geniş əməkdaşlıq imkanları yaradır. Biz də öz proqramlarımızı daim İƏT mexanizmləri ilə uyğunlaşdırırıq,” –  o əlavə edib.

KOSGEB sədri qeyd edib ki, mövcud layihələrdə əsas məqsədlərdən biri İslam dünyasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və ortaq inkişaf modellərinin qurulmasıdır.

“Bu sahədə topladığımız təcrübəni bölüşməyə hazırıq. KOB-ların gücləndirilməsi həm regional, həm də qlobal səviyyədə iqtisadi dayanıqlığa xidmət edir,” – İbrahimcioğlu vurğulayıb.
KOSGEB rəhbəri: KOB-ların gücləndirilməsi qlobal rəqabətə tab gətirmək üçün əsas şərtdir

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol