• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qurumlarını təqlid edən saxta domenlərin sayı üçdə bir azalıb

Dövlət qurumlarını təqlid edən saxta domenlərin sayı üçdə bir azalıb
08.10.2025 14:44

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət qurumlarının adlarını təqlid edən 26 saxta domen bloklanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə az göstəricidir. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Yalnız üçüncü rübdə aşkarlanaraq bloklanan saxta domenlərin sayı 7 olub. Bu, əvvəlki rübdən 2 dəfə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 7,6 dəfə az nəticədir.

2024-cü ildə dövlət qurumlarına bənzər 100 saxta domen aşkarlanaraq bloklanmışdı.

Saxta domenlərin yaradılması — xüsusilə də dövlət qurumlarının adlarını təqlid edənlər — fişinq hücumları, dezinformasiya yayımı və kiberfırıldaqçılıq məqsədilə istifadə edilir. Azərbaycanda bu tip fəaliyyətlər Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən izlənir və hüquqi tədbirlərlə qarşısı alınır.

Aytac 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol