• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan kibertəhlükəsizlik sahəsində maarifləndirmə və kadr hazırlığını sürətləndirib - Nazir müavini

Azərbaycan kibertəhlükəsizlik sahəsində maarifləndirmə və kadr hazırlığını sürətləndirib - Nazir müavini
09.10.2025 10:35

 

Son illərdə rəqəmsallaşma prosesi ölkədə kibertəhlükəsizlik sahəsində maarifləndirmə və kadr hazırlığını sürətləndirib. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.

Əsədovun sözlərinə görə, indiyədək 40-dan çox maarifləndirmə tədbiri keçirilib, 78 məktəbdə şagirdlər kibertəhlükələr barədə məlumatlandırılıb. 

Eyni zamanda, Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən mübarizə mexanizmlərinin qurulması istiqamətində işlərə başlanılıb.

Nazir müavini qeyd edib ki, kadr potensialının artırılması məqsədilə İsrail universiteti ilə əməkdaşlıq çərçivəsində təlim proqramları xarici müəllimlərin iştirakı ilə həyata keçirilir.

 Onun sözlərinə görə, 300 mütəxəssis praktiki proseslərə, 500 nəfər isə təlimlərə cəlb olunub.

Azərbaycan rəqəmsal təhlükəsizlik strategiyası çərçivəsində maarifləndirmə, beynəlxalq əməkdaşlıq və texnoloji bacarıqların artırılmasına diqqəti gücləndirib.

 Elektron Təhlükəsizlik Xidməti (ETX) dövlət, təhsil və özəl sektor arasında koordinasiyalı fəaliyyətin qurulması ilə kibertəhlükəsizlik üzrə dayanıqlı sistemin formalaşdırılmasını hədəfləyir.

Azərbaycanda ikinci dəfə “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) kiberfestivalı keçirilir. Konfransda daxili işlər naziri Vilayət Eyvazov və bir sıra rəsmilər iştirak edir.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol