• $
  • €
  • ₽
  • ₺
  • £

"Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx azad edilib

"Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx azad edilib
10.10.2025 11:16

Bakıda saxlanılan Sputnik Azərbaycan informasiya agentliyinin icraçı direktoru İqor Kartavıx azad edilib. Bu barədə məlumatı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Kommersant” qəzetinin xüsusi müxbiri Andrey Kolesnikova verib.

Uşakovun sözlərinə görə, Kartavıxın sərbəst buraxılması məsələsi prezidentlərin köməkçiləri səviyyəsində aparılan danışıqlar nəticəsində həll olunub. O bildirib ki, məsələ bilavasitə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə birgə müzakirə edilib və Vladimir Putinlə İlham Əliyevin Düşənbədə baş tutacaq görüşü ərəfəsində qərarlaşdırılıb.

Rusiya tərəfi, öz növbəsində, Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib. Həmin şəxsin adı və saxlanılma səbəbi barədə məlumat açıqlanmayıb.

Kartavıx bir müddət əvvəl Bakıda hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. 

Sputnik Azərbaycan Rusiya dövlət xəbər agentliyi “Rossiya Seqodnya”ya məxsusdur və həm informasiya siyasəti, həm də Kremlə yaxınlığı baxımından həssas media strukturu sayılır.

Gülnar 

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol