• $
  • €
  • ₽
  • ₺
  • £

Həkim Sənan Mehdiyev 2 il azadlıqdan məhrum edilib

Həkim Sənan Mehdiyev 2 il azadlıqdan məhrum edilib
10.10.2025 17:28

Azərbaycanda burun (septoplastika) əməliyyatından sonra komaya düşərək həyatını itirən 28 yaşlı Nəzrin Mənsurlunun ölümündə təqsirləndirilən həkim Sənan Mehdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi qərar çıxarıb. 

Mehdiyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. O, Azərbaycan Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (səhlənkarlıq, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) ilə təqsirli bilinib.

İstintaq materiallarına görə, 1995-ci il təvəllüdlü Nəzrin Aydın qızı Mənsurlu 2024-cü il yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən özəl klinikalardan birində septoplastika əməliyyatı (burun çəpərinin düzəldilməsi) keçirib.

Əməliyyatdan dərhal sonra onun səhhətində kəskin pisləşmə müşahidə olunub və o, başqa bir xəstəxanaya yerləşdirilib. Yanvarın 12-də, 9 gün sonra o, xəstəxanada dünyasını dəyişib.

Bununla bağlı Nəsimi rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və araşdırma nəticəsində əməliyyatı icra edən Sənan Mehdiyev barəsində səhlənkarlıq nəticəsində ölümə səbəb olma ittihamı irəli sürülüb.

Aytac 

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol