• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağın 3 rayonunda iyirmi iki min vətəndaş məskunlaşıb

Qarabağın 3 rayonunda iyirmi iki min vətəndaş məskunlaşıb
13.10.2025 11:21

Qarabağın azad olunmasından sonra Xankəndi, Ağdərə və Xocalı rayonlarında artıq 22 minə yaxın şəxs məskunlaşıb. Bu barədə Xankəndidə keçirilən “Mənəvi dəyərlər” mövzusunda tədbirdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov məlumat verib.

Onların arasında keçmiş məcburi köçkünlərlə yanaşı, dövlət və özəl sektorda çalışanlar və onların ailə üzvləri də var.

Böyük Qayıdış proqramı çərçivəsində Xankəndinin Kərkicahan qəsəbəsi, Xocalının 11 kəndi və Ağdərənin 7 kəndində bərpa işləri aparılır. Bu mərhələdə 6 minədək keçmiş məcburi köçkünün məskunlaşdırılması nəzərdə tutulur.

Yusifovun sözlərinə görə, bölgədə yeni avtomobil və dəmir yolları, hava limanları, enerji və su təchizatı sistemləri qurulur. Təhsil, səhiyyə və mədəni irsin bərpası sahələrində də layihələr icra olunur. Hazırda ərazilər həm yerli, həm də beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir.

İndiyədək işğaldan azad olunmuş ərazilərə 65 milyon manatdan çox investisiya yatırılıb.


Hazırda Qarabağda Vətən müharibəsində əldə edilən Zəfərin beşinci ildönümünə həsr olunmuş “Mənəvi dəyərlər həftəsi” keçirilir. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti və digər qurumların birgə təşkilatçılığı ilə reallaşır. Layihənin məqsədi gənclər arasında milli kimlik və vətənpərvərlik şüurunun gücləndirilməsidir.

Aytac 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol