• $
  • €
  • ₽
  • ₺
  • £

"Binә" yanğınından yaralanan olub - YENİLƏNİB

"Binә" yanğınından yaralanan olub - YENİLƏNİB
25.12.2013 09:00

"Binə" ticarət mərkəzində ötən axşam baş vermiş yanğın nəticəsində bir nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, “Binə” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində bir nəfər  tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinə yerləşdirilib.  ANN.Az

***

00:13

"Binә" ticarәt mәrkәzindә yanğın məhdudlaşdırılıb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, hazırda ayrı-ayrı yerlərdə xırda yanğın ocaqlarının söndürülməsi üçün tədbirlər görülür. 

 

Fövqəladə Hallar Nazirliyi  “Binə” ticarət mərkəzində yanğın hadisəsi ilə bağlı məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi ilkin xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonu “Binə” ticarət mərkəzində yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb, yanğının söndürülməsi üzrə işlər davam etdirilir . Əlavə məlumat veriləcək. 

 

****21.58

 

Bakı. Mahir Məmmədli-APA. Yanğın baş verәn Binә ticarәt mәrkәzindә yaranmış vәziyyәtdәn oğurluq üçün istifadә cәhdlәri baş verib. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, mağaza sahiblәri malları xilas etmək məqsədilə yanğının davam etdiyi sıraya daxil olmağa çalışırlar. Lakin tәhlükәsizlik baxımından onların içәri girmәsinә imkan verilmir. Tez-tez vәtәndaşlarla polis әmәkdaşları arasında mübahisәlәr yaranır.

 

Yanğın baş verәn "Binә" ticarәt mәrkәzindә yaranmış vәziyyәtdәn oğurluq üçün istifadә cәhdlәri də baş verir. Qaradağ Rayon Polis İdarәsinin rәisi İntiqam Mirsalayevin APA-ya verdiyi mәlumata görә, artıq bir nәfәr saxlanılıb.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

 

Son məlumata görə, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerinə gəlib.

 

****21.30

 

Bakı. Mahir Məmmədli-APA.  “Binə” Ticərət Mərkəzində başlanan güclü yanğın hazırda davam edir. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, güclü yanğın ticarət mərkəzinin 5-ci sırasındakı ikimərtəbəli ticarət cərgəsini əhatə edib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çoxlu sayda canlı qüvvə və texnikası  cəlb olunub. Məlumata görə, Mülki Müdafiә Qoşunlarının әsgәrlәri vә polis әmәkdaşları canlı sәdd yaradaraq, insanların tәhlükәli əraziyə yaxınlaşmasına imkan vermir. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir

 

**** 20.50

 

Bakı. Hafiz Heydərov-APA. “Binə” Ticərət Mərkəzində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə yerinə çoxlu sayda canlı qüvvə və texnika cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  

APA

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol